Aortanın anevrizması nədir? Təhlükəli patoloji dəyişikliklərə səbəb olur
10.06.2023 12:25

Bədənimizdəki ən böyük damar olan aorta damarı, ürəkdən birbaşa çıxan və bütün orqanlara təmiz qan daşıyan "əsas qan xətti"dir.

 

Aztibb.az xəbər verir ki, ürək-damar cərrahı Ramil Əliyevin sözlərinə görə, şəxsin boy və çəkisini nəzərə alaraq, aorta dəqiqədə 5-7 litr qan daşıyır: “Bu qanı daşıyarkən, ürəyin atış gücünə və bədən quruluşuna görə içində müəyyən bir təzyiq (80 - 140 mmHg) mövcuddur (qan təzyiqi). Aorta müxtəlif səbəblərdən bədəndə səssizcə böyüyə bilər. Bunun erkən müəyyən edilməsi lazımdır”.

 

Həkim qeyd edib ki, aorta adlandırdığımız damar, ürəkdən çıxdıqdan sonra vücuda dağılan qanı pompalayan ana arteriyadır. Aortanın diametri ürəkdən çıxdığı qisimdə təxminən 2,5 smdir. Vücudda belə böyük diametrli başqa bir damar yoxdur.

 

Müxtəlif səbəblərə görə aortanın diametri arta bilər və genişlənə bilər. Buna tibbdə anevrizma deyilir. Anevrizma müəyyən bir müddət sonra daha geniş olduqda, yırtılma ehtimalı vardır. İçindən keçən qan çölə doğru axar və qonşu orqanlara təsir edəcək səviyyəyə çatarsa partlama baş verir.

 

Genişlənmiş aortun digər bir ağırlaşması disseksiya (içəriyə doğru yırtılma) adlanır. Bunların hər ikisi də çox təhlükəli patoloji dəyişikliklərdir və dərhal müalicə tələb edir.

 

Aorta ürəyin sol ventrikülündən gəlir və döş və qarın boşluğu içindən gedir. Aortanın döş qəfəsi hissəsində yaranan anevrizmalara torasik anevrizmalar deyilir. Qarın boşluğu hissəsində yarananlara isə abdominal anevrizmalar deyilir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub