Anadangəlmə hipotiroidi və əlamətləri
09.06.2023 09:54

Anadangəlmə hipotiroidi yenidoğulanlarda ən çox rast gəlinən endokrinoloji haldır və qalxanabənzər vəzi hormonlarının anadangəlmə çatışmazlığı deməkdir.

Aztibb.az xəbər verir ki, pediatr-endokroinoloq Könül Səmədovanın bildirdiyinə görə, anadangəlmə hipotiroidi ilə doğulan körpələrin 95%-də əlamətlər nəzərə çarpır.

Həkim qeyd edib ki, ümumi olaraq xəstəlik 6-cı həftədən sonra özünü göstərir. Klinik əlamətlərin yavaş inkişafı yenidoğulmuşların skrininqinin nə qədər əhəmiyyətli olduğunu sübuta yetirir.

Pediatr anadangəlmə hipotiroidin əlamətlərini sadalayıb:

-Uzanmış sarılıq
-Yuxululuq
-Kobud səs, anormal ağlama
-Quru dəri
-Kobud üz görünüşü
-Göbək yırtığı
-Seyrək və cod saçlar
-Açıq və böyük ağız,böyük dil
-Əmmənin zəif olması
-Qəbzlik
-Ətrafların soyuq olması
-Periferik sianoz,cutis marmaratus
-Hipotermiya
-Əzələ hipotoniyası

Həkim əlavə edib ki, diaqnozu düzgün qoyulmayan və ya müalicəsi düzgün aparılmayan uşaqlarda dişçıxarma, oturma, yerimə, danışma və əmgəyin bağlanmasında gecikmə müşahidə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır