FESC (FESS) əməliyyatı nədir?
08.06.2023 09:50

"Funksional endoskopik sinus cərrahiyyəsi" endoskopların köməyi ilə icra edilən, burun içi əməliyyatlarına verilən ümumi addır.


Aztibb.az xəbər verir ki, otorinolorinqoloq Cahangir İsmayılovun sözlərinə görə, təkrarlanan sinus xəstəliklərinə burun polipləri, təkrarlanan iltihablar və ya sinusların "ağızlarının tıxanması" səbəb olur.

Həkim qeyd edib ki, bu əməliyyat burundan normal hava axınını və burun axıntısını təmin etmək üçün icra edilir. Burundakı normal strukturlar pozulmadan, sinus xəstəliyinin aradan qaldırılması mümkün olur. Bu yolla, burun və sinuslar normal funksiyalarına qaytarılır.

“Xaricdən hər hansı kəsik aparılmır, əməliyyat burun içindən aparılan kəsiklərlə icra edilir. Bu zaman burun ətrafı ciblərin ağzı genişləndirilir. Əməliyyat adətən ümumi anesteziya ilə icra edilir. Əməliyyat sonunda burun içinə özü sorulan və kiçik tamponlar istifadə edilir. Əməliyyatdan sonra xəstələr vəziyyətlərindən aslı olaraq evə göndərilə bilərlər”, – deyə Cahangir İsmayılov vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev