Öd kisəsi əməliyyatı keçirənlər üçün pəhriz qaydaları - Həkim nəyə diqqət çəkdi?
08.06.2023 14:13

Öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamalıdır.

Aztibb.az xəbər verir ki, qastrenteroloq Gülnar Ağayevanın bildirdiyinə görə, öd kisəsi olmadıqda öd yollarında öd yığıla bilməz və bu səbəbdən öd daha tez-tez xaric olunmalıdır.

“Bu o deməkdir ki, öd yollarında öd durğunluğu baş verməsin deyə insan daha tez-tez qida qəbul etməlidir. Əks halda öd yollarında da iltihab baş verəcək və daşlar əmələ gələcək”, – həkim qeyd edib.

Beləliklə, öd kisəsi xaric olunduqdan sonra insan həmişə pəhriz saxlamalıdır. Xüsusən bu qida qəbullarının tezliyinə aiddir. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır.

Bundan əlavə, öd kisəsi xaric olunduqdan sonra ödün tərkibində olan fermentlərin miqdarı da azalır. Bu səbəbdən belə xəstələrin rasionundan heyvani piyləri (qoyun və mal piyi) qəti surətdə xaric olunmalıdır. Əksinə isə bitki (günəbaxan, qarğıdalı və zeytun yağları) və kərə yağı belə xəstələr üçün xeyirli hesab olunur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır