Həkim septik artritin əlamətlərini sadalayıb
08.06.2023 16:27

Septik artrit infeksiya nəticəsində yaranan oynağın iltihabi xəstəliyidir. Septik artriti həm də infeksion artrit də adlandırırlar.

Aztibb.az xəbər verir ki, revmatoloq Camal Hacıyevin bildirdiyinə görə, infeksiya adətən bakteriyalar tərəfindən törədilir. Törədici bəzi hallarda virus və göbələk də ola bilər.

Adətən septik artrit bir iri oynağı, məsələn,  diz və ya bud-çanaq oynağını zədələyir. Nadir hallarda septik artrit bir neçə oynağı zədələyə bilər.

Həkim qeyd edib ki, əsas şikayət oynaqda güclü ağrı, oynaqda şişkinlik və temperaturun yüksəlməsidir.

Revmatoloq septik artritin digər əlamətlərini də sadalayıb:

-Yorğunluq və ümumi zəiflik;
-Yüksək hərarət;
-Oynaqda hərəkət məhdudluğu;
-Xüsusən hərəkət zamanı zədəli oynaqda güclü ağrı;
-Şişkinlik (oynaqda mayenin miqdarının artması);
-Oynaqda yerli hərarətin qalxması.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır