Barselona Universiteti: Balıq və qoz-fındıq hamilə qadınların narahatlığını azaldır
07.06.2023 16:49

Aralıq dənizi pəhrizinin hamilə qadınların psixoloji rifahı və yuxusu üçün faydaları İspaniyanın Barselona Universitetinin alimləri tərəfindən müzakirə edilib.

Aztibb.az osnmedia.ru-ya istinadən xəbər verir ki, mütəxəssislər öz araşdırmalarında meyvə-tərəvəz, balıq və qoz-fındıq, paxlalı bitkilər, zeytun yağı, az yağlı süd məhsulları yeməyin müsbət təsirlərini öyrəniblər.

Tədqiqatda üç qrupa bölünən 680 hamilə qadın iştirak edib.

Birinci qrup Aralıq dənizi pəhrizinə başlayıb, ikinci qrup stressi azaldan terapiya keçib, üçüncü qrup isə gündəlik analıq baxımı qaydalarına əməl etməyə davam edib.

Aralıq dənizi pəhrizinə başlayan hamilələrdə stress və narahatlıq səviyyələrini azaldığı, eləcə də yuxu və diqqətin yaxşılaşdığı müəyyən edilib.

Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev