Həkim qazlı suyun orqanizm üçün faydaları barədə məlumat verib
06.06.2023 16:08

Həkim Tatyana Zaxarova qazlı suyun insan orqanizmi üçün gözlənilməz faydalarından danışıb.

Aztibb.az “MedikForum”a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, qazlı içkilər susuzluğu yatırır və orqanizmi nəmləndirir. Bununla yanaşı, belə su həzm üçün faydalı ola bilər.

"Qazlı suda olan karbon qazı həzmi sürətləndirə bilən mədə turşusunun istehsalını stimullaşdırır", – deyə həkim bildirib.

Bununla belə, o, qazlı su içməyin müəyyən mənfi təsirlərinin olduğunu da vurğulayıb: “Bəzi insanlarda qazlı su şişkinlik və ya mədə yanmasına səbəb ola bilər. Ona görə də mədəsində reflü kimi problemi olan insanlar qazlı içkilərdən uzaq durmalı və ya onları yalnız normada istehlak etməlidirlər”.

Həkim qazlı suyun böyük miqdarda qida rasionuna daxil edilməsinə qarşı xəbərdarlıq edib. Qeyd edib ki, qazlı suyun tərkibində olan karbon qazı diş minasına ciddi təsir göstərərək dişlərin həssaslığının artmasına səbəb ola bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır