Səhiyyə Nazirliyində bir qıra ölkələrin səhiyyə sisteminin rəhbər şəxsləri ilə görüş olub
06.06.2023 13:11

Azərbaycanın Səhiyyə Nazirliyində Moldovanın səhiyyə naziri Alla Nemerenko, Monteneqro Səhiyyə Nazirliyinin dövlət katibləri Sladyana Çoriç və Vladimir Obradoviçlə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional ofisinin Ölkə səhiyyə siyasəti və sistemləri üzrə direktoru Nataşa Azzopardi-Muskat, Moldovanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko və Tacikistanın maliyyə nazirinin müavini Sərvər Kurbaniyon iştirak ediblər.


Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Teymur Musayev, həmçinin səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib: ”Eyni zamanda, ölkələrimizin tibb mütəxəssislərinin davamlı tibb təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur”.
Sonda Azərbaycanın səhiyyə naziri ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Görüşdə çıxış edən ÜST-nin Avropa üzrə regional ofisinin Ölkə səhiyyə siyasəti və sistemləri üzrə direktoru Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanla əməkdaşlığının çox uğurlu olduğunu vurğulayıb. Nataşa Azzopardi-Muskat COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib.

 

Öz növbəsində Alla Nemerenko, Sladyana Çoriç və Vladimir Obradoviç təmsil etdikləri ölkələrin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiklərini bildiriblər. Onlar bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, qonaqlar səhiyyədə müasir idarəetmə yanaşmalarının tətbiqi, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi, ikili diplom proqramının hazırlanması, səhiyyə sistemlərinin rəqəmsal transformasiyası üzrə əməkdaşlığın qurulması kimi aspektlərə toxunublar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub