Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
05.06.2023 13:20
Biləsuvar Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
 
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən məlumatda bildirilir ki, tibb müəssisəsində keçirilən “Sən də bizə qoşul, qan ver, həyat qurtar!” başlıqlı aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, icra nümayəndələri və bələdiyyələr, eləcə də rayon ictimaiyyətinin nümayəndələri olmaqla 194 nəfər donordan qan götürülüb.
 
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar