İsmayıllı RMX-nin yeni həkim-otorinolarinqoloqu  
13.08.2026 11:06

“Həkimlərimizi tanıyaq” rubrikasında bu dəfə sizə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində fəaliyyətə başlayan həkim-otorinolarinqoloq Müqəddə Hüseyn qızı Babakişiyevanı təqdim edirik.

Aztibb.az xəbər verir ki, Müqəddə Babakişiyeva 1 yanvar 1960-cı ildə Gürcüstan Respublikasında anadan olub. O, 1977–1983-cü illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində ali tibb təhsili alıb. Təhsilini başa vurduqdan sonra 1983–1984-cü illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasında internatura keçərək otorinolarinqologiya ixtisası üzrə peşəkar fəaliyyətə başlayıb.

Həkim 1988–2025-ci illərdə hazırda Suraxanı Tibb Mərkəzi adlandırılan tibb müəssisəsində həkim-otorinolarinqoloq kimi çalışıb. Uzun illər ərzində qazandığı zəngin klinik təcrübə və peşəkarlığı ilə çoxsaylı pasiyentlərin sağlamlığının qorunmasına töhfə verib.

27 iyul 2026-cı il tarixindən etibarən Müqəddə Babakişiyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-otorinolarinqoloq vəzifəsində fəaliyyətini davam etdirir.

Onun uzunillik təcrübəsi və peşəkar bilikləri İsmayıllı sakinlərinə göstərilən otorinolarinqoloji xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcək.


ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır