Şərurda tibbi müayinə aksiyası təşkil olunub
19.08.2026 11:53

Şərur rayonunun “Maxta Kənd Tibb Məntəqəsi”ndə “Şərur Regional Tibb Mərkəzi” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən tibbi müayinə aksiyası təşkil edilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində sakinlər müxtəlif ixtisaslar üzrə tibbi müayinələrdən keçirilib. Belə ki, 7 nəfər ginekoloji, 5 nəfər pediatrik, 11 nəfər LOR, 9 nəfər USM, 3 nəfər dəri-zöhrəvi və 10 nəfər terapevtik müayinədən keçib.

 

Ümumilikdə 45 tibbi müayinə aparılıb.

 

Aksiya əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə həyata keçirilib.

 

Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır