Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
19.08.2026 16:17

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə növbəti tibbi müayinə aksiyası keçirilib.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, Şahbuz rayonunun “Aşağı Qışlaq Kənd Tibb Məntəqəsi”ndə təşkil olunan aksiya çərçivəsində müxtəlif ixtisaslar üzrə müayinələr təşkil olunub.

 

Aksiya zamanı 10 pediatrik, 12 terapevtik, 4 kardiorevmatoloji və 6 laborator müayinə olmaqla, ümumilikdə 32 tibbi müayinə aparılıb.

 

Müayinələr zamanı vətəndaşlara ixtisaslı həkimlər tərəfindən müvafiq tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə və əlavə müayinələrlə bağlı tövsiyələr təqdim olunub.

 

Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin bölgələrdə əlçatanlığının təmin edilməsi istiqamətində bu cür tibbi müayinə aksiyalarının keçirilməsi davam etdirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
90 yaşlı alimlə MÜSAHİBƏ
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub   
Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Asif Qaranizadə - Həkimlərimizi tanıyaq!
 Ordubad rayonunun Nüsnüs kəndində tibbi AKSİYA   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Zəfər Abidəsini və Muzeyini ziyarət edib   
Kardioloq:
 Mərkəzi Gömrük Hospitalında elmi dərəcəsi olan mütəxəssislərlə görüş olub   
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib