Beyləqanda həssas əhali qruplarına evdə tibbi xidmət göstərilib
14.08.2026 09:21

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən kənd həkim məntəqələri və kənd tibb məntəqələrinin əməkdaşları tərəfindən həssas əhali qruplarına daxil olan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə ev ziyarətləri təşkil olunub.

Aztibb.az xəbər verir ki, ziyarətlər zamanı vətəndaşların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, tibbi müayinələr aparılıb və sağlamlıqlarının qorunması ilə bağlı müvafiq tövsiyələr verilib. Tibbi göstəriş və ehtiyac yarandığı hallarda vətəndaşların sonrakı müalicə və tibbi xidmətlərdən yararlanması üçün aidiyyəti üzrə istiqamətləndirilməsi də həyata keçirilib.

Evdə tibbi xidmətlərin təşkili xüsusilə tibbi müəssisələrə müraciət etmək imkanları məhdud olan şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Bu yanaşma əhalinin sağlamlıq vəziyyətinin daha yaxından izlənilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və zəruri tibbi xidmətlərə çıxışın təmin olunmasına imkan yaradır.

Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən həyata keçirilən bu cür tibbi xidmətlər əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərin əlçatanlığının artırılmasına yönəlib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza