ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
03.09.2026 10:46

Azərbaycan Tibb Universitetinin tələbələri Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetində keçirilən 3 həftəlik yay məktəbi proqramında uğurla iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, bu yay məktəbi Azərbaycan Tibb Universitetinin tərəfdaş ali təhsil müəssisələri ilə həyata keçirdiyi növbəti uğurlu beynəlxalq akademik proqramlardan biridir. Proqram universitetlər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunub və bu cür tərəfdaşlıqların tələbələr üçün yaratdığı real imkanların daha bir nümunəsidir.

 

Əməkdaşlıq memorandumu əsasında tələbələr beynəlxalq yay məktəblərində iştirak etmək, fərqli akademik mühitlə tanış olmaq, yeni bilik və bacarıqlar əldə etmək, həmçinin beynəlxalq əlaqələrini genişləndirmək imkanı qazanırlar. Bu cür proqramlar universitetlər arasında uzunmüddətli əməkdaşlığın praktiki nəticəsi olmaqla yanaşı, tələbələrin peşəkar və şəxsi inkişafına da mühüm töhfə verir.

 

Yay məktəbi müddətində tələbələr universitetin akademik mühiti ilə yaxından tanış olub, müxtəlif tədris fəaliyyətlərində iştirak edərək nəzəri biliklərini möhkəmləndirib və praktiki təcrübələrini artırıblar. Eyni zamanda onlar yerli tələbələrlə ünsiyyət quraraq yeni dostluqlar və gələcək əməkdaşlıqlar üçün akademik əlaqələr formalaşdırıblar.

 

Azərbaycan Tibb Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafını prioritet istiqamətlərdən biri kimi davam etdirir. Universitetlər arasında imzalanan əməkdaşlıq memorandumları tələbə və müəllim mobilliyi, yay məktəbləri, qısamüddətli təhsil proqramları və birgə elmi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır və bu istiqamətdə yeni təşəbbüslərin reallaşdırılması davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev