Gözlənilməz hobbi 63 kiloqram arıqlamağa kömək etdi
02.06.2023 18:08

Bu yaxınlarda 50 yaşı tamam olan Böyük Britaniya sakini pəhrizini kökündən dəyişməsi və özünə yeni hobbi tapması sayəsində bir ildə 63 kiloqram arıqlayıb.

Aztibb.az “Nation news”a istinadən xəbər verir ki, Bauerlər ailəsi uzun illərdir artıq çəki ilə bağlı problemlərdən əziyyət çəkirlər. Ailədən olan qadın arıqlamağa çalışsa da, heç bir nəticə verməyib. Onun maksimum çəkisinin 141 kiloqrama çatdığı bildirilib.

Qadın pəhrizlərin köməyi ilə çəki itirməyə çalışsa da, müsbət nəticə olmayıb və adi pəhrizinə qayıdıb. Qadının standart pəhrizinə yağlı tost, çips, sarımsaqlı çörək ilə spagetti bolonez, ətli piroq və toyuq, həmçinin çoxlu miqdarda şəkərli içkilər daxil idi.

Müraciət etdiyi yeni həkim britaniyalı qadına yeni pəhriz yaratmağa, yemək vərdişlərini və həyat tərzini dəyişməyə kömək edib. Beləliklə, qəlyanaltı əvəzinə tərəvəz və meyvələr yeməyə başlayıb, eyni zamanda velosiped sürüb.

Velosiped sürmək qadın üçün yeni hobbi olub, o, sağlamlığını qorumaq və arıqlamaq üçün gündə təxminən 25 kilometr yol qət etməyə başlayıb. Nəticədə bir il ərzində qadın 63 kiloqram arıqlayıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır