Yuxu problemləri qaraciyər xəstəliyini göstərə bilər
29.05.2023 16:30

Həddindən artıq spirt istehlakı ilə əlaqəli qaraciyər xəstəliyinin əksər halları onların erkən aşkarlanmasında çətinliklər yaradır. Bununla belə, həkimlər bu orqanın zədələnməsini göstərən bir neçə əlaməti müəyyən edə biliblər.


Aztibb.az “SM News” xəbər agentliyinə istinadən yazır ki, mütəxəssislərinin fikrincə, yuxu pozğunluğu alkoqolla əlaqəli qaraciyər xəstəliyinin ən erkən simptomlarından biridir.


Bəzən hər birimiz xoşagəlməz bir gecə keçiririk, lakin daimi yuxusuzluq artıq ciddi sağlamlıq problemlərindən xəbər verir. Qaraciyərin zədələnməsi yuxunun pozulmasına səbəb olur.


Xəstəliyin inkişafı ilə digər xarakterik simptomlar görünür. Qaraciyər xəstəliyinin bu əlamətlərinə aşağıdakılar daxildir:


- Dərinin və göz ağlarının ikterik rənglənməsi,
- Bədəndə mayenin tutulması səbəbindən ayaqların və topuqların şişməsi,
- Mayenin yığılması nəticəsində qarın şişməsi (astsit)
- Bədən istiliyinin artması və üşümə,
- Dərinin şiddətli qaşınması
- Saç tökülməsi,
- Dəridə qırmızı ləkələr,
- Əhəmiyyətli kilo itkisi
- Əzələlərin zəifliyi və tükənməsi.


Bu xarakterik əlamətlərin müəyyən edilməsi, həddindən artıq spirt istehlakı ilə əlaqəli qaraciyər problemlərini vaxtında aşkar etməyə və orqanın sağlamlığını qorumaq üçün lazımi tədbirləri görməyə kömək edə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır