Uşağa düzgün qidalanmağı necə öyrətməli?
29.05.2023 12:06

Ümumdünya Sağlam Qidalanma Günündə Rockland City Hospitalının (ABŞ) pediatrı Asma Xan valideynlərin uşaqlarına sağlam qidalanmaya alışmasına necə kömək edə biləcəyini izah edib.


Aztibb.az pravda.ru-ya istinadən xəbər verir ki, mütəxəssis, uşağın bir anda yeməli olduğu qida miqdarına nəzarət etməyi asanlaşdırmaq üçün uşaq boşqablarından istifadə etməyi tövsiyə edib.


"Boşqabın yarısı meyvə-tərəvəzlə doldurulmalıdır. Digər yarısında isə balıq, toyuq və ya paxlalılar olmalıdır. Alternativ olaraq yulaf, tam taxıl çörəyi və ya qəhvəyi düyü ola bilər", – pediatr bildirib.


Qəlyanaltı kimi həkim uşaqlara yerkökü, alma və ya evdə hazırlanmış kələm çipsləri təklif etməyi tövsiyə edib. Bununla belə, peçenye, şirniyyat, keks, qazlı içkilər, şirələr və kartof çipsləri pəhrizdən mümkün qədər az çıxarılmalıdır.


Sağlam yeməyi daha cəlbedici etmək üçün ekspert məsləhət görür ki, övladınıza dadmaq istədiyi meyvə və ya tərəvəzləri seçməyə icazə verin, həmçinin onları şam yeməyinin hazırlanmasına cəlb edin.


Həkim əlavə edib ki, valideynlər özləri də sağlam qidalanma vərdişlərinə əməl etməlidirlər, sonra uşaqlar onlardan nümunə götürəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır