Yaddaş və əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün 3 super qida
28.05.2023 17:05

Ağıl və yaddaşın kəskinliyini, eləcə də emosional əhvalı qorumaq illər keçdikcə daha da çətinləşir. Ancaq düzgün qidalanmanın köməyi ilə həm psixi sağlamlığınızı, həm də yaxşı əhvalımızı qoruya bilərik.


Aztibb.az poisknews.ru-ya istinadən xəbər verir ki, bu mənada diyetoloq Meri Sabat beyin üçün faydalı super qidalardan istifadə etməyi tövsiyə edib:


Öncə emal edilmiş qidalardan uzaq durun. Onları davamlı yemək beyin narahatlığı və ya depressiya yarada bilər”.


Qaragilə. Qidalandırıcılarla zəngin giləmeyvə arıqlamaqdan tutmuş beyin sağlamlığına qədər bir çox faydaya malikdir. Qaragilə yemək yaddaşınızı kəskin saxlamaq və əhvalınızı yüksəltmək üçün əla vasitədir. Bu giləmeyvə "beyin hüceyrələri arasında əlaqəni yaxşılaşdıra və yaddaş və öyrənmə üçün vacib olan plastikliyi artıra bilən" birləşmələri ehtiva edir.


Omeqa-3 ilə zəngin balıq. Pəhrizinizə yağsız zülal əlavə etməyin ən yaxşı yollarından biri də müntəzəm olaraq dadlı balıq seçimidir. Arıqlamağınıza kömək etməklə yanaşı, omeqa-3 yağ turşuları beyin funksiyası üçün möcüzələr yaradır.


Yaşıl yarpaqlı tərəvəzlər. Diyetoloq bu super qidanı pəhrizinizə daxil etməyin vacibliyini vurğulayır. Yaşıl salatlar qida maddələri ilə zəngindir və beyninizi ən yaxşı formada saxlamağa kömək edəcək.


Xüsusilə, fol turşusu serotonin və dopamin kimi əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən neyrotransmitterlərin istehsalı üçün vacibdir. Və yarpaqlı göyərti demək olar ki, istənilən yeməyə uyğun ola bilər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır