Uşaq serebral iflicinin müalicəsi mümkündürmü? Loqoped nələrə diqqət çəkdi?
27.05.2023 11:07

Uşaq serebral iflici çox tez-tez rast gəlinən və müxtəlif səbəblərlə ortaya çıxan statik bir beyin patologiyasıdır.


Aztibb.az xəbər verir ki, defektoloq-loqoped Nuriyyə Aslanovanın bildirdiyinə görə, xəstəliyi yaradan səbəblər çoxdur və əksər hallarda bu, hamiləlik, eləcə də doğuş zamanı hər hansısa problemdən, virusdan tutmuş hipoksiyaya qədər uzanan, eyni zamanda genetik problemlərdən əmələ gəlir.

Xəstəliyin əsas əlaməti uşaqlarda inkişafdan geri qalma və ya əzələ tonusunda dəyişiklik, hərəkət inkişafının ləngiməsi və pozulmasıdır.


“Bu gün bir çox valideyn mütəxəssisə müraciət edəndə öncə uşaq düzələcəkmi sualını verir. Bu həm həkim, həm də valideyn üçün müalicə zamanı çətinlik yaradır. Çünki bu xəstəliyə düçar olmuş uşaqlar əksər vaxtlarda sağalmır”, – mütəxəssis qeyd edib.


Amma burada məqsəd o uşaqların həyata uyğunlaşma səviyyəsini mümkün qədər artırmaqdır. Onların həyata bağlılığını təmin etmək, başqa uşaqlara yaxınlaşdırmaqdır. Bu uşaqlara erkən yaşlar xüsusi idman lazımdır.


Nitq probleminin aradan qaldırılması üçün loqopedlə işləmək lazımdır. Əqli gerilik üçün isə loqoped və psixoloq tərəfindən xüsusi məşğələlər keçməlidir. Bunlar hamısı 1 yaşdan sonra artıq başlamalıdır. Bütün bunlar müntəzəm şəkildə olarsa, yaxşı nəticə alına bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır