Qreyvs xəstəliyi nədir? Qadınlarda daha çox rast gəlinir
27.05.2023 09:50

Təcrübə göstərir ki, çox vaxt ilk əlamətlər əsəbilik və emosionallıq olduğu üçün sadəcə stresslə və ya nevrozla əlaqələndirlir.

 

Aztibb.az xəbər verir ki, endokrinoloq - diyetoloq Fidan Səmədovanın sözlərinə görə, bu hal xüsusən kişilərdə diaqnostik gecikmələrə gətirir.


“Nədənsə çoxları yanlış olaraq belə hesab edir ki, zob qadın xəstəliyidir. Düzdür qadınlarda tiroid vəzin xəstəlikləri, o cümlədən Qreyvs xəstəlyi kişilərə nisbətən daha çox rast gəlininir”, – həkim bildirib.

 

Amma bu hal xəstəliyin kişilərdə heç rast gəlməməsi demək deyil. Beləliklə, Qreyvs xəstəliyi (və yaxud Avropada Bazedov xəstəliyi) kliniki olaraq tirotoksikoz əlamətləri ilə diffuz zob, oftalmopatiya və dermopatiya ilə xarakterizə olunur.


Endokrinoloq qeyd edib ki, yaşlı şəxslərdə isə bəzən hipertiroidizm atipik keçərək simpatik sinir sistemi aktivasiyası yerinə apatiya və depressiya, stenokardiyanın və ürək çatışmazlığınının pisləşməsi kimi simptom və əlamətlər verə bilər. Bu kliniki olaraq apatetik hipertiroidizm adlanır.

 

Toksiki çoxdüyünlü ur və toksiki adenoma tipik olaraq uzun müddət çoxdüyünlü uru olan şəxslərdə bəzi düyünlərin və toksiki adenomada həmin tək düyünün autonom funksiya əldə etməsi ilə xarakterizə olunur. Bu halda düyün və ya düyünlər öz hipofizinin TSH ilə stimulyasiya olunmadan müstəqil və necə gəldi hormon istehsal edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır