Həkim qalxanabənzər vəzinin aşkar olmayan əlamətlərini sadalayıb
26.05.2023 11:18

Kardioloq və teleaparıcı German Qandelman hansı qeyri-aşkar əlamətlərin tiroid xəstəliklərini göstərə biləcəyini açıqlayıb.

Aztibb.az lenta.ru-a istinadən xəbər verir ki, həkimin bildiridiyinə görə, qalxanabənzər vəz ilə bağlı problemlərin əlamətlərindən biri də qaşlarda tüklərin tökülməsidir. Qandelman qeyd edib ki, belə bir simptom bədəndə tiroid hormonlarının konsentrasiyasının azaldığı bir xəstəlik olan hipotiroidizm ilə baş verir.

Onun sözlərinə görə, bu xəstəliyin başqa bir aşkar olmayan əlaməti sürətli çəki artımıdır: “Qalxanvari vəzi bədənimizin batareyasıdır, yandırmağa, kalori sərf etməyə kömək edir. Hormonlar olmadıqda, enerji boşa getmir, insan passiv olur, zəiflikdən əziyyət çəkir və piylənmə inkişaf edir”.

Mütəxəssis əlavə edib ki, həddindən artıq tərləmə də hipertiroidi göstərə bilər. O, aydınlaşdırıb ki, bu xəstəliklə qalxanabənzər vəz həddindən artıq miqdarda hormon istehsal edir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır