Hipertoniyası olan insanlar yaşıl çay içməyi dayandırmalıdırlar
25.05.2023 15:10

Yaşıl çay sağlamlıq üçün faydalı hesab olunur.

Aztibb.az runews24.ru-ya istinadən xəbər verir ki, lakin mütəxəssislər bu içkinin ehtiyatla istehlak edilməli olduğunu bildirirlər.

Bununla bağlı diyetoloq Anjelika Duval bildirib ki, yaşıl çay antioksidan xüsusiyyətlərinə görə ən sağlam içkilərdən biri kimi tanınsa da, hər kəs içə bilməz.

Məsələn, hipertoniya və sidik sistemi xəstəlikləri olan insanlar içdikləri yaşıl çayın miqdarını məhdudlaşdırsalar, daha yaxşı olar.

Sağlam insanlara gəlincə, onlara da səhərlər iki və ya üç stəkandan artıq yaşıl çay içmək tövsiyə edilmir. Bu, içkinin tərkibində tonik maddələrin olması ilə bağlıdır.

Eyni səbəbdən yatmazdan əvvəl yaşıl çay içməmək daha yaxşıdır, əks halda yuxusuzluq yarana bilər.

Buna görə də sinir sistemini həddindən artıq həyəcanlandırmamaq üçün günortadan sonra axşam saat altıya qədər yaşıl çay içmək məsləhətdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır