Eynək niyə başı gicəlləndirir? Bu normaldırmı?
23.05.2023 11:41

Yelena Malışeva və oftalmoloq Mixail Konovalov eynək taxarkən başın hərlənməsi və bunun nə dərəcə normal olması barədə danışıb.

Aztibb.az "Arqumentı i Faktı" nəşrinin məlumatına əsasən xəbər verir ki, həkimlərin hökmü birmənalıdır: belə olmamalıdır və bu normal deyil. Bir qayda olaraq, başgicəllənmə eynəklərin səhv seçilməsi və optika mağazalarında hazır variantların alınması səbəbindən baş verir. Bunlar daha ucuzdur və fərdi parametrlərə uyğun hesablanmır.

“Eynək seçərkən çoxlu nüanslar var. Maksimum görmə itiliyini və taxma rahatlığını əldə etməliyik. Çox vaxt bu olduqca mürəkkəb bir prosesdir "deyə oftalmoloq bildirib.

“Hazır eynək almısınızsa və bu məsafəni səhv salırsınızsa, təbii ki, narahatlıq yaranacaq, başınız fırlanmağa başlayacaq. Eynəyi düzgün seçmək və sonra mənfi nəticələrə səbəb olmamaq üçün təxminən yeddi fərqli testdən keçmək lazımdır. Hazır eynək almaq yanlışdır”.

Beləliklə, doğru olan odur ki, həkimə getməli, müayinədən keçməli və ondan bütün parametrlər nəzərə alınmış və göstərilən eynək üçün resept almalısınız.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır