İnfeksionist: Bu xəstəliklərə döymə ilə yoluxa bilərsiniz
23.05.2023 10:04

Tatu döydürmə uzun illərdir ki, populyar bir tendensiyadır. Bununla belə, bu prosedur 100% təhlükəsiz hesab edilə bilməz, infeksionist Svetlana Maşkova bildirib. Mütəxəssis onun həyata keçirilməsi zamanı hansı risklərin olduğunu izah edib.

Aztibb.az actualnews.org-a istinadən xəbər verir ki, döymə zamanı hepatit B və ya C, HİV infeksiyası ilə yoluxma ehtimalı var. İndi bu xəstəliklərlə yoluxmaların sayı azalır, çünki tatu sənətçiləri döymə maşınları üçün birdəfəlik iynələrdən və ya uclardan istifadə edirlər. Əvvəllər vəziyyət fərqli idi, ona görə də tatu salonları vasitəsilə yuxarıda göstərilən xəstəliklərin yayılması daha yüksək idi.

Viral hepatitin ilk əlamətlərini tanımaq olduqca çətindir. Bəzi hallarda kəskin viral hepatit baş verir, ondan xəstə uğurla müalicə olunur, lakin bəzən xroniki viral hepatit və ya qaraciyər sirrozuna çevrilir. Həkim hepatit B-yə qarşı peyvənd etməyi məsləhət görür, lakin hepatit C, eləcə də HİV infeksiyasına qarşı peyvənd yoxdur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib