Alimlər virusların insanın uzunömürlülüyünə necə kömək etdiyini aşkar ediblər
22.05.2023 11:19

ABŞ-ın iki böyük universitetinin alimləri onilliklər ərzində qocalıqda sağlamlığı qoruyub saxlamağa nəyin kömək etdiyini müəyyən ediblər.

Aztibb.az xəbər verir ki, “Nature Microbiology” jurnalına görə, elm adamları əvvəllər bilirdilər ki, 100 il və ya daha çox yaşayan insanların bağırsaq bakteriyaları müxtəlif infeksiyaların öhdəsindən uğurla gələn xüsusi öd turşuları yaradır.

Bakteriofaqların (bakteriyaları öldürən viruslar) eksperimental heyvanların zehni qabiliyyətlərinə müsbət təsirinin də sübutları var. Lakin viral DNT-ni təcrid etmək çətin olduğundan insanlar üzərində belə təcrübələr hələ aparılmayıb.

Yeni iş müxtəlif ölkələrdən olan 195 uzunömrlünün genomlarını araşdırıb. Onların bağırsaqlarında sulfatı parçalaya bilən bakteriyalar aşkar edilib. Hansı ki infeksiyalarla mübarizə aparmağa kömək edir.

Tədqiqat yaşla bağlı xəstəliklərin qarşısının alınmasında bağırsaqlarda bakteriya, virus və göbələklərin qarşılıqlı təsirinin böyük rolunu sübut edən nəticələrin toplanmasında növbəti addım olub.

Mütəxəssislər mikrobiotanın ömrün uzadılmasında rolunu öyrənməyə davam etmək niyyətindədirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır