Xərçəngə qarşı immunitet gücləndirici tərəvəzlər
21.05.2023 19:31

Bəzi çox əlverişli tərəvəzlər sağlam hüceyrələrin böyüməsinə kömək edir və bu da öz növbəsində sağlamlığa müsbət təsir göstərir.

Aztibb.az xəbər verir ki, terapevt Svetlana Nikitina bəzi tərəvəzlərin xərçəng şişlərinə qarşı effektivliyi haqqında fikirlərini “MedikForum” nəşri ilə bölüşüb.

Məsələn, tərkibində likopen olan pomidorların istifadəsi sağlam hüceyrələrin böyüməsinə kömək edir. Likopen prostat xərçənginin müalicəsində özünü sübut edib.

Lobya və brokkolinin (kələm) tərkibində sulforafan var. Bu birləşmə döş xərçəngi hüceyrələrinin sayını iyirmi beş faizə qədər azaldır. Bu tərəvəzlər kolorektal xərçəng riskini də azaldır.

Sarımsağın tərkibində olan allisin orqanizmdəki xərçəng hüceyrələrini “öldürür”.

İspanaqda bol olan antioksidantlar orqanizmdə sərbəst radikalların qarşısını alır və xərçəngin yaranmasını önləyir.

Mütəxəssis bütün bunların yalnız köməkçi vasitə olduğunu və tibbi yardımı əvəz edə bilməyəcəyini vurğulayıb. O, tövsiyə edib ki, xəstəliyin ən kiçik əlamətləri görünsə, mümkün qədər tez həkimlərə müraciət edin.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır