Yataq yaraları – Bu halda mütləq həkimə müraciət edin!
18.05.2023 16:45

Yataq xəstəsinin bədəninin əsasən, müəyyən yerlərinə təzyiq göstərilir. Xəstənin bədəninin təzyiqi və döşəyin əks-təsiri dəri və əzələlərdə qan dövranının azalmasının səbəbi olur. Nəticədə toxumaların qidalanması pozulur və məhv olma dərəcəsinədək zədələnir. Bunun nəticəsi yataq yaralarıdır.

Aztibb.az bununla bağlı təlimata əsalanaraq xəbər verir ki, yataq yaraları əsasən, sümüklərin çıxıntı hissələrinin üzərində, tibbi və ya digər avadanlıqların təzyiqi altında əmələ gəlir.

Xəstə kürəyi üstündə yatdıqda təzyiqə əsasən məruz qalan yerlər:
-Başın arxa hissəsi
-Kürəklər
-Dirsəklər
-Çanağın qıraqları
-Büzdüm
-Dabanlar
-Ayaq barmaqları

Xəstə böyürü üstündə yatdıqda təzyiqə əsasən məruz qalan yerlər:
-Qulaqlar
-Çiyinlər
-Dirsəklər
-Çanağın qıraqları
-Dizlər, topuqlar

Ümumiyyətlə yataq yaraları təzyiq altında olan, əzələlərlə kifayət qədər müdafiə olunmayan bədənin istənilən yerində əmələ gələ bilər. Yataq yaralarının ilk əlamətləri (qızartı, sıyrıntı) əmələ gəldikdə həkimə və ya tibb bacısına xəbər vermək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır