Siqaret beyin həcmini azaldır və demansın inkişafına kömək edir
18.05.2023 11:16

Siqaretin zərərləri haqqında çox yazılıb, deyilib. Qan damarları və ürək üçün riskdir, insultlara səbəb olan amillərdən biridir. Nikotinin ağciyərlərə çox mənfi təsiri var. Ancaq bu, bütün siyahı deyil. Amerikalı mütəxəssislərin son araşdırması onun beyinə də zərərli təsir göstərdiyini öyrənib.

Aztibb.az medRxiv resursuna istinadən yazır ki, Pensilvaniya Universitetinin alimləri nikotinin beyin həcminin azalmasına səbəb ola biləcəyini göstərən araşdırma aparıblar.

Əvvəlki tədqiqatlar artıq aşkar edib ki, siqaret çəkənlərin beyin həcmi heç vaxt siqaret çəkməyən eyni yaşda olan insanlara nisbətən daha kiçik olur. Ancaq dəqiq səbəb əlaqəsi tapılmamışdı.

Yeni tədqiqatla alimlər sübut edə bilblər ki, beyin həcminin azalmasına səbəb olan siqaret tüstüsünün komponentlərinə məruz qalmasıdır.

Tədqiqatda 28 min insan iştirak edib. Alimlər Britaniya Biobankında saxlanılan MRT görüntülərini təhlil ediblər. Nəticələr aydın şəkildə göstərib ki, siqaret çəkənlərin orta beyin ölçüsü siqaret çəkməyənlərinkindən daha kiçikdir.

Həmçinin, sorğuların nəticələrinə əsasən müəyyən edilib ki, siqaret qutusu boz maddənin həcminin azalmasına səbəb olur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır