Ateroskleroza nə səbəb olur?
16.05.2023 10:01

Ateroskleroz yavaş gedişli, mərhələli xəstəlik olub uşaqlıqdan başlaya bilər. Baxmayaraq ki, tam dəqiq səbəbi bilinmir, ateroskleroz arteriya daxilində zədə və ya yara ilə başlanır.

Aztibb.az xəbər veri ki, ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyevin sözlərinə görə, bu zədə aşağıdakı səbəblərdən yarana bilər:

-Yüksək qan təzyiqi
-Yüksək xolesterin
-Yüksək triqliseridlər
-Siqaret və digər tütün məhsullarının istifadəsi
-İnsulin rezistentliyi, diabet və ya artıq çəkili olmaq

-Hər hansı infeksiyadan, artrit və qırmızı qurd eşənəyi iltihabından və ya bilinməyən iltihabi xəstəlikdən

Arteriyanın daxili divarı zədələndikdə, qan hüceyrələri və digər maddələr tez zədə nahiyəsinə gəlir və arteriyanın daxili səthində toplanır.

Zamanla xolesterin və digər maddələrdən ibarət olan yağ depoları (ərp) da yara nahiyəsinə gələrək zədə ətrafında toplanır və sərtləşir, arteriyaları daraldır. Bu arteriyaya bağlı olan toxuma və orqanlar yetərli miqdarda qan ala bilmədikləri üçün düzgün fəaliyət göstərə bilmir.

Bəzən ərpin parçaları qoparaq qan dövranına daxil olur.

Əlavə olaraq ərpin nazik qatı dağılır, xolesterin və digər maddələri qan dövranına buraxır. Bu proses qan laxtası meydana gətirə və orqanizmin spesifik nahiyəsində damarı tıxaya bilər.

Buna misal olaraq ürək arteriyasının tıxanması nəticəsində infarktın yaranmasını göstərə bilərik. Bu laxta həmçinin qoparaq orqanizmin başqa yerində başqa bir orqanın arteriyasını tıxaya bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır