Yaponiyalı kardioloq: Konservləşdirilmiş balıq qan damarlarını gücləndirir
15.05.2023 15:46

Yaponiyada ürək-damar sistemi xəstəliklərinə qarşı profilaktik tədbir kimi konservləşdirilmiş balıq yeməyin faydaları müzakirə edilib.

Aztibb.az xəbər verir ki, “InoSMI” portalı kardioloq Daisaku Masudanın bununla bağlı yazısını dərc edib.

Ürək-damar xəstəlikləri hal-hazırda əksər yapon qadınları üçün əsas ölüm səbəbidir. Bu cür xəstəliklərin qarşısının alınmasına xüsusilə güclü diqqət menopozdan sonra qadınlara verilməlidir, çünki qadın hormonları artıq qan damarlarını "pis xolesteroldan" qorumağa kömək etmir.

Daisuka Masuda menopozdan sonra qadınlara ət qəbulunu azaltmağı və onu balıqla əvəz etməyi tövsiyə edir. Bununla belə, hamının balıq yeməklərini necə bişirəcəyini bilmədiyi üçün mütəxəssis əvəzində balıq konservlərinə diqqət yetirməyi təklif edib.

Belə ki, konservləşdirilmiş skumbriya pomidor, ağ sardina düyü və turşu tərəvəz, Sezar salatı isə qızılbalıq ilə istehlak edilməlidir.

Qeyd olunub ki, məqalə məlumat xarakterlidir. Səhhətinizdə problem varsa, bir mütəxəssislə əlaqə saxlayın.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır