Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair maarifləndirici görüş keçiriləcək
14.05.2023 10:55

Mayın 19-da gənc həkim və rezidentlər üçün “Azərbaycandan Böyük Britaniyaya aparan uğur hekayəsi” şüarı ilə Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair maarifləndirici görüş həyata keçiriləcək.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə baş tutacaq görüşdə Böyük Britaniyanın Kral Bekşeyr Hospitalının həkimi Səkinə İbrahimova “Böyük Britaniyada diplomdansonrakı tibb təhsili: ümumi prosedur və qaydalar” və Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəyli “Böyük Britaniyada mama-ginekologiya üzrə ixtisaslaşma: ümumi prosedur və qaydalar” barədə məlumat verəcəklər.

 

Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə tədbir hibrid formatda həyata keçiriləcək. Tədbir 15:00-dan 17:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platforması üzərindən gerçəkləşəcək.

 

Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşma barədə məlumatlanmaq istəyən hər bir tibb işçisi görüşdə iştirak üçün dəvətlidir!

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

 

Ətraflı məlumat almaq üçün link: https://customshospital.az/boyuk-britaniyada-tibb-tehsili-ve-mama-ginekologiya-uzre-ixtisaslasmaya-dair-maariflendirici-gorus/#gsc.tab=0 

 

Qeydiyyat linki: https://forms.gle/tgVqGMk53i5JXSpz7

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib