Mərkəzi Gömrük Hospitalında “Fetal təbabət” üzrə master-klass keçiriləcək
05.09.2026 13:11

18 sentyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Britaniya-Azərbaycan Həkimləri və Stomatoloqları Assosiasiyasının birgə təşkilatçılığı ilə “Fetal Təbabət” üzrə master-klass keçiriləcək.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Bildirilib ki, hospitalda təşkil olunacaq master-klassda mürəkkəb fetal hallar, ultrasəs müayinəsi göstəriciləri əsasında düzgün klinik qərarların qəbul edilməsi, ana bətnində dölün müalicəsi və cərrahiyyəsi kimi vacib mövzular ətrafında mühazirələr dinləniləcək, eləcə də real klinik halların təqdimatı və interaktiv müzakirələr aparılacaq.

 

Tədbir proqrama uyğun olaraq mama-ginekoloq və radioloq ixtisaslı həkimlər, eləcə də rezidentlər üçün nəzərdə tutulmuşdur.

 

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Master-klassda iştirak ödənişsizdir.

 

Master-klassın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilib.

Hər kəs master-klassda iştirak üçün dəvətlidir!

 

Proqramla tanış olmaq üçün keçid: https://customshospital.az/18-sentyabr-2026-fetal-tebabet-uzre-master-klass/ 

 

Qeydiyyat linki: https://forms.gle/rUw6GFc2GkgFAHXk6 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub