I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
20.08.2026 08:04

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı ilə 24–26 sentyabr 2026-cı il tarixlərində “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” keçiriləcək.

Aztibb.az xəbər veri ki, Beynəlxalq elmi tədbir tibb sahəsində bilik və təcrübə mübadiləsinə, beynəlxalq əməkdaşlığın inkişafına, eləcə də müasir diaqnostika və müalicə yanaşmalarının müzakirəsinə həsr olunacaq.

Tədbir çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, Cərrahi və Mama-Ginekoloji Problemlərə Multidissiplinar Yanaşmalar üzrə Beynəlxalq Konqres, həmçinin İBH və İntestinal Ultrasonoqrafiya üzrə Beynəlxalq Kurs keçiriləcək.

Proqramda ustad dərsləri, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri, simpoziumlar və elmi təqdimatlar yer alacaq.

Tədbir çərçivəsində qastroenterologiya, onkologiya, urologiya, mama-ginekologiya və ümumi cərrahiyyə sahələri üzrə tanınmış mütəxəssislər tərəfindən xəstələrin qəbulu, müayinəsi və müalicəsinin təşkili də nəzərdə tutulur.

Avropa, Amerika və türkdilli ölkələrdən tanınmış alim və mütəxəssislərin iştirak edəcəyi beynəlxalq tədbirə bütün tibb ictimaiyyəti dəvətlidir.

Tezislərin göndərilməsi üçün son tarix: 30 avqust 2026

E-poçt: forummed4@gmail.com

Əlaqə: +994 55 677 26 29

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub