"Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi konfransı (NASCO29)” keçiriləcək  
27.08.2026 16:20

15-16 oktyabr 2026-cı il tarixlərində “Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi konfransı (NASCO29)” keçiriləcək. 

 

Aztibb.az-ın xəbərinə görə, Naxçıvan Dövlət Universitetində baş tutacaq konfransın əsas məqsədi gənc tədqiqatçılara öz elmi fəaliyyətlərinin nəticələrini geniş auditoriya qarşısında təqdim etmək imkanı yaratmaqdır. Konfrans iştirakçıları müxtəlif sahələr üzrə apardıqları tədqiqatları bölüşməklə yanaşı, aktual elmi problemlərin müzakirəsində iştirak edəcək, yeni ideyalar irəli sürəcək və elmi düşüncə mühitinin inkişafına töhfə verəcəklər.

 

Elmin bütün sahələrini əhatə edən bu konfrans müxtəlif istiqamətlərdə çalışan gənc tədqiqatçıları bir araya gətirərək elmi polemikaların aparılmasına, nəzəri və praktik biliklərin paylaşılmasına, multidissiplinar yanaşmaların formalaşmasına, elmi əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaradacaq.

 

Konfransın məqalə qəbulu 1 oktyabr 2026-cı il tarixədək uzadılıb. 

 

Daha ətraflı məlumatı linkə daxil olmaqla əldə etmək mümkündür. 

https://www.nasco.ndu.edu.az/az/

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub