Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı keçiriləcək
25.08.2026 14:35

Noyabrın 18–19-da Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutunun təşkilatçılığı ilə “Biomüxtəlifliyin aktual problemləri: müasir baxışlar və tədqiqatlar” mövzusunda II respublika elmi-praktik konfransı keçiriləcək.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, konfransın əsas məqsədi biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunması istiqamətində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrini müzakirə etmək, iqlim dəyişiklikləri və antropogen amillərin ekosistemlərə, heyvanlara və insan sağlamlığına təsirlərini qiymətləndirmək, eləcə də biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmaların tətbiqini təşviq etməklə elmi əməkdaşlığın genişləndirilməsidir.

 

Konfransın elmi istiqamətləri biomüxtəlifliyin qorunması, davamlı istifadəsi və ekosistemlərin idarə olunması, iqlim dəyişiklikləri, antropogen təsirlər, adaptasiya və insan-ekosistem qarşılıqlı əlaqələri, biomüxtəlifliyin öyrənilməsində müasir elmi yanaşmalar: genetik, parazitoloji və riyazi modelləşdirmə mövzularını əhatə edir.

 

Konfransın iş dilləri Azərbaycan və ingilis dilləridir. Konfrans materiallarında dərc olunması üçün məqalələr əsas tematik istiqamətlərə uyğun hazırlanmalı və 2–3 səhifə həcmində elektron formada təqdim edilməlidir. Hər bir iştirakçı tək müəllif olduğu yalnız bir, həmmüəllifliklə isə maksimum iki məqalə təqdim edə bilər. Təqdim olunan məqalələrin müəllifləri işlərdə əks olunan məzmunun, faktların, sitatların, statistik məlumatların və digər məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Məqalələr plagiat hallarının aşkar edilməsi məqsədilə xüsusi proqram vasitəsilə yoxlanılacaq. Məqalə ilə yanaşı, müəlliflər haqqında zəruri məlumatları əks etdirən qeydiyyat forması da təşkilat komitəsinə təqdim edilməlidir. Konfrans materiallarında dərc olunması nəzərdə tutulan məqalələrin elektron əlyazmaları və qeydiyyat formaları oktyabrın 10-dək confrans2026@lisri.az ünvanına göndərilməlidir.

 

Təşkilatçılar elm və tədqiqat ictimaiyyətini biomüxtəlifliyin qorunması və davamlı idarə olunması istiqamətində aparılan aktual araşdırmalarla konfransda iştirak etməyə dəvət edirlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub