ATU-nun Tədris Stomatoloji Klinikası “Sağlam əməkdaş – güclü kollektiv” adlı proqrama start verir
21.08.2026 09:18

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikası “Sağlam əməkdaş – güclü kollektiv” adlı korporativ stomatoloji proqramın icrasına başlayır. 

ATU-dan Aztibb.az-a bildirilib ki, bu istiqamətdə səyyar stomatoloji xidmət prinsipinə əsaslanan ilk tədbir 20 avqust 2026-cı il tarixində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) qurumun əməkdaşları üçün təşkil olunacaq. Təşəbbüs Tədris Stomatoloji Klinika ilə ADY arasında həyata keçirilən korporativ əməkdaşlığın və qarşılıqlı razılaşmaların nəticəsidir. 

 

Əməkdaşlıq çərçivəsində QSC-nin əməkdaşlarına iş yerində stomatoloji xidmətlərdən yararlanmaq imkanı yaradılacaq. Səyyar xidmət zamanı əməkdaşlara stomatoloji müayinə, ilkin konsultasiya, ağız boşluğunun vəziyyətinin qiymətləndirilməsi və profilaktik tövsiyələr təqdim olunacaq. Razılaşmaya əsasən əməkdaşlara klinikada davamlı müalicə zamanı xüsusi korporativ şərtlər təqdim edilə bilər. Bu şərtlərə ilkin konsultasiya, müayinə və müalicə planı, xüsusi endirimlər; ailə üzvləri üçün ayrıca güzəştlər və profilaktik müayinələrin təşkili daxildir. 

 

Bu əməkdaşlıq modeli işçilərin sağlamlığının qorunmasına, stomatoloji xidmətlərə əlçatanlığın artırılmasına və iş yerində tibbi xidmətlərin təşkilinə yönəlib. 

 

ATU-nun Tədris Stomatoloji Klinikası dövlət qurumları, müəssisə və təşkilatlarla əməkdaşlıq çərçivəsində “Sağlam əməkdaş – güclü kollektiv” korporativ stomatoloji proqramının əhatə dairəsini  daha da genişləndirməyi və əməkdaşlara müasir, əlçatan və keyfiyyətli stomatoloji xidmətlər təqdim etməyi planlaşdırır. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub