Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
17.08.2026 09:05

Xəstəxanaların təcili yardım şöbələri həyati təhlükəsi olan və ya qəfil səhhəti pisləşən şəxslərə həftənin 7 günü, günün 24 saatı fasiləsiz tibbi yardım göstərən mühüm xidmət bölmələridir. Bu şöbələrin əsas vəzifəsi xəstənin vəziyyətini qısa müddətdə qiymətləndirmək, həyati göstəricilərini sabitləşdirmək, ilkin diaqnozu müəyyənləşdirmək və zəruri müalicəyə başlamaqdır.

Aztibb.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxananın, Akademik Z.Məmmədov adına Xəstəxananın və Uşaq Xəstəxanasının təcili yardım şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. Bu şöbələrdə vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir.

Şöbələrdə dünya təcrübəsində geniş tətbiq olunan "triaj" (çeşidləmə) sistemi istifadə edilir. Bu sistem xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq prioritetləşdirilməsini təmin edir və onların üç əsas zonaya bölünməsi əsasında fəaliyyət göstərir:

Qırmızı zona – həyatı birbaşa təhlükə altında olan, dərhal reanimasiya və təcili müdaxilə tələb edən xəstələr;
Sarı zona – vəziyyəti ciddi olan, lakin qısa müddət gözləyə bilən xəstələr;
Yaşıl zona – həyati təhlükəsi olmayan, ambulator müalicə və ya planlı tibbi yardım ala biləcək xəstələr.

Qeyd edək ki, triaj sisteminin tətbiqi tibbi personalın işinin daha operativ təşkilinə, vaxt itkisinin minimuma endirilməsinə və ilk növbədə həyati təhlükəsi olan xəstələrə vaxtında yardım göstərilməsinə imkan yaradır. Bu yanaşma kritik vəziyyətdə olan xəstələrin həyatının xilas edilməsində mühüm əhəmiyyət daşıyır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub