Şikayətlənmək beyni zərərli təsirlərə məruz qoyur - ARAŞDIRMA
11.05.2023 16:36

Müvafiq olaraq şikayət etmək yaddaş və problemlərin həllindən məsul olan hipokampusun ölçüsünü azaldır. Mütəxəssislər deyirlər ki, nə qədər tez-tez şikayət etsəniz, mənfi düşünmə ehtimalınız bir o qədər artır.

Aztibb.az aksam.com.tr-yə istinadən xəbər verir ki, bununla bağlı ABŞ-ın Stenford Universitetinin alimləri araşdırma aparıblar.

Tədqiqat nəticəsində məlum olub ki, birinin şikayətini 30 dəqiqədən çox dinləmək beyinə də zərər verir.

Şikayət etmək, mübarizə aparacaq və ya qaçacaq bir şey olmadığı zaman yersiz stres reaksiyasına səbəb olur və kortizol, şəkər, təzyiq yüksəlir.

Stress dərəcəsi artdıqca beynin daha çox zədələndiyi bildirilir. Bu zaman oksidləşdirici, iltihablı reaksiyalar artır və hüceyrənin canlılığına zərər verən mühit formalaşmağa başlayır. Nəticədə neyron itkisinə səbəb olur.

Təklif edilir ki, özünütərbiyə ilə mənfi düşüncələri müsbət düşüncələrlə əvəz etmək üçün məşqlər olunmalıdır. Bu, çox faydalı terapiyadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır