Valideyn nəzarəti uşaqların davranışlarına necə təsir edir? Alimlər araşdırıblar
11.05.2023 13:30

Kolumbiya Universitetinin (ABŞ) mütəxəssisləri valideyn nəzarəti ilə yeniyetmə davranışı arasındakı əlaqəni araşdırıblar.

Valideyn nəzarətinə sərhədlərin müəyyən edilməsi və uşağın olduğu yer, fəaliyyəti və dostları haqqında açıq şəkildə məlumat mübadiləsi daxildir. Bu, uşaqlar və valideynlər arasındakı əlaqənin vacib bir hissəsidir.

Aztibb.az ridus.ru-ya istinadən xəbər verir ki, tədqiqatçılar 2021-ci il üçün gənclərin risk davranışı araşdırmasından əldə edilən məlumatlardan istifadə edib. Buraya valideyn nəzarəti səviyyəsini, tipik davranışlarını və adi sağlamlıq fəaliyyətlərini bildirən 17 232 yeniyetmə daxil olub.

Tədqiqatın nəticələri göstərib ki, valideynləri hər zaman hara getdiklərini və kiminlə vaxt keçirdiklərini bilən uşaqlar, valideyn qayğısının aşağı olduğunu bildirən yeniyetmələrdən fərqli olaraq, narkotik istifadəsi də daxil olmaqla riskli davranışlara daha az meyllidirlər və sağlamlıqlarına daha çox diqqət yetirirlər.

Bundan əlavə, yüksək səviyyəli valideyn nəzarəti olan iştirakçılarda məktəbdə zorakılığa məruz qalma və ya cinsi əlaqəyə məcbur edilmə ehtimalı daha az olub və həmçinin depressiv simptomlar və intihar düşüncələri barədə daha az məlumat veriblər.

Yeniyetmələr və valideynləri arasında möhkəm, etibarlı münasibətlər onların həm fiziki, həm də əqli sağlamlıqlarını yaxşılaşdıra bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır