“European Heart Journal”: Uzun cib telefonu danışıqları hipertoniyaya yol açır
11.05.2023 12:19

Çinin Cənub Tibb Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, uzun cib telefonu danışıqları hipertoniyaya tutulma riskinin artması ilə əlaqələndirilir.

Aztibb.az ridus.ru-ya istinadən xəbər verir ki, tədqiqatda bu xəstəliyi olmayan 37-73 yaş arasında olan 212.046 insanın məlumatlarından istifadə edilib.

Könüllülərdən toplanan məlumatlarda telefondan illərlə istifadə, həftədə telefondan istifadə saatları, səs və qulaqcıqlardan istifadə ilə bağlı qeydlər yer alıb.

“European Heart Journal”da dərc edilən araşdırmanın nəticələrinə görə, həftədə 30 dəqiqə və ya daha çox cib telefonları ilə vaxt keçirənlərin yüksək qan təzyiqinə tutulma ehtimalı telefon danışığına 30 dəqiqədən az vaxt sərf edənlərə nisbətən 12% daha çoxdur.

Nəticələr həm qadınlar, həm də kişilər üçün eyni olub.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır