Alimlər işlə ev arasındakı məsafənin sağlamlığa təsirini araşdırıblar
08.05.2023 19:01

Stokholm Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, uzun yollar fiziki aktivliyin azalmasına, çəki artımına və yuxu problemlərinə səbəb ola bilər.

Aztibb.az glas.ru-ya istinadən yazır ki, mütəxəssislərin araşdırmasının nəticələri universitetin saytında dərc olunub.

Tədqiqatçılar 13 min insanın həyat tərzi və iş yeri ilə bağlı məlumatları öyrəniblər. Məlum olub ki, 3 km-dən çox yol qət etmək qeyri-kafi fiziki aktivlik və piylənmə, eləcə də zəif yuxu ilə əlaqələndirilir. Həftədə 5 saatdan çox yolda vaxt keçirən və 40 saatdan çox işləyən insanların fiziki fəaliyyətsiz olma ehtimalı daha yüksək olub.

Təhlillər göstərib ki, iş yerləri yüksək sosial-iqtisadi statuslu ərazidə və ya kafe, yaxud restoranların yaxınlığında yerləşirsə, müqayisədə bu insanlarda nisbətən alkoqolizmin erkən əlamətləri daha çox görülür.

İş yeri ilə ünvan arasındakı ən yaxşı məsafə də müəyyən edilib, iş evdən 3 kilometr aralıda olmalıdır. Alimlər deyirlər ki, insanlar ailədə daha çox vaxt keçirirsə, daha çox aktiv olurlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır