Pediatr: Hirsutizmi hipertrixozdan fərqləndirmək ən əsas şərtdir
07.05.2023 16:33

Elmi adı hirsutizm olan kişi tipli tüklənmə cinsiyyətə xas yerlərdə terminal cod tüklərin olmasıdır.

Androgenlər qadınların orqanizmində də olan bir hormondur. Bu hormon cinsi yetişkənlikdən etibarən qoltuqaltı və qasıq nahiyyəsində cod tüklənməyə səbəb olur.

Aztibb.az xəbər verir ki, pediatr-endokroinoloq Könül Səmədova sözlərinə görə, hirsutizm zamanı androgenlər normaldan artıq olduğu üçün androgenə həssas nahiyyələrdə cod tüklər əmələ gəlir.

Hirsutizm çox vaxt yanaşı olaraq, səs qalınlaşması, kişi tipli əzələli bədən və aybaşı pozğunluqları ilə birgə özünü göstərir.

Xəstəlik uşaq endokrinoloqları Ferriman-Gallwey Dəyələndirmə sxeminə əsasən dəyələndirir. Bu sxemə görə verilən xallarla hirsutizmin ağırlıq dərəcəsi müəyyən olunur.

Hirsutizmi hipertrixozdan fərqləndirmək ən əsas şərtdir.

Hipertrixoz bədənin androgenə həssas olan və olmayan nahiyyələrində androgen artması olmadan, kişilərə xas cod olmayan yayılmış tük artışıdır.

Biz qafqazlılar asiyalılar və avropalılarla müqayisədə daha tüklüyük ki, bu da çox vaxt valideynləri təşvişə salır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır