Böyrək sağlamlığı üçün nəyin təhlükəli olduğunu bilirsinizmi?
04.05.2023 18:19

Böyrəklər qanı toksinlərdən və tullantılardan təmizləməkdə mühüm rol oynayan, həmçinin orqanizmdə su və mineral balansını qoruyan orqandır. Ancaq bəzi qidalar və pis vərdişlər var ki, onlara ciddi ziyan vurur.

Pəhrizdə həddindən artıq duz təzyiqin artmasına səbəb ola bilər ki, bu da böyrəklərin işinə mənfi təsir göstərir. Bundan əlavə, kofeinli içkilər böyrək daşlarına səbəb ola bilər. Eyni zamanda spirtdən sui-istifadə bədənin susuzlaşmasına gətirir ki, bu da onların fəaliyyətinə mənfi təsir göstərir.

Aztibb.az əbər verir ki, bu barədə terapevt Pavel Ramenski news.ru-ya müsahibəsində bildirib.

Ət, balıq, yumurta və süd məhsulları kimi yüksək proteinli qidalar da böyrəklər üçün zərərlidir. Pəhrizdə həddindən artıq protein böyrəkləri çox yükləyə və onların toxumalarına zərər verə bilər.

Bundan əlavə, siqaret böyrək sağlamlığı üçün ən təhlükəli vərdişlərdən biridir. Tütün tüstüsünün tərkibindəki nikotin və digər zərərli maddələr orqanlar, o cümlədən böyrəklərdə qan tədarükünü pozur və xroniki böyrək çatışmazlığının inkişafına səbəb olur.

Böyrəklərinizi sağlam saxlamaq üçün pəhrizinizi izləməli və artıq duz, zülal və kofeindən uzaq durmalısınız. Daimi məşq və orta miqdarda spirt istehlakı da böyrək sağlamlığını qorumağa kömək edə bilər. Mümkün problemləri vaxtında müəyyən etmək və müalicəyə başlamaq üçün mütəmadi olaraq tibbi müayinədən keçmək və test nəticələrinə nəzarət etmək də vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır