Niyə özümüzü başqaları ilə müqayisə edirik?
03.05.2023 12:47

Uşaqlıqda ananızın sizi kimlərləsə müqayisə etməsi ilə bağlı xatirələriniz var?

Ya da yeniyetməlik dövründə özünüzü yaşıdlarınızla müqayisə edib üzərinizdə dəyişikliklər etmisiniz?

Böyük ehtimal, hamımızın zehninin bir yerlərində belə xatirələr var. Bəzilərimiz “Mən hələ də özümü başqaları ilə müqayisə edirəm” deyir.

Aztibb.az-a NA-Loqopedik Psixoloji Mərkəzdən verilən məlumata görə, psixologiyada buna “Sosial müqayisə” deyilir.

Sosial müqayisə etməyin bir çox səbəbləri var:

Özünü dəyərləndirmə ehtiyacı

Özümüz haqqında məlumat sahibi olmaq üçün digərləri ilə müqayisə etmə ehtiyacı duyuruq. Məsələn, ağırlığımızın normal olub-olmamadığını bilmək üçün ideal çəkmizin nə qədər olduğunu öyrənməliyik. Bizim üçün bunun ən asan yolu özümüzü digərləri ilə müqayisə edərək nəticəyə gəlməkdir.

Özünü inkişaf ehtiyacı

İnsanı insan edən ən önəmli xüsusiyyətlərdən biri də həmişə irəli getmək ehtiyacının olmasıdır. Bu səbəbdən də özümüzün nə qədər irəlilədiyini, hansı yerdə olduğumuzu görmək üçün başqaları ilə müqayisə etmək ehtiyacı duyuruq. Lakin bunu davamlı etməyimiz özümüzü dəyərsiz hiss etməyimizə səbəb ola bilər.

Başqaları ilə birlikdə olmaq ehtiyacı

İnsan sosial varlıqdır. Özümüzə bənzər insanlarla birlikdə olmaq bizi daha yaxşı və xoşbəxt hiss etdirir. Bu səbəbdən də, bizimlə eyni problemləri yaşayan şəxslərlə müqayisə edib eyni düşüncə və duyğulara sahib insanlarla birlikdə olmaq sosial ehtiyacımızı ödəyir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır