Psixoterapevt: Qısa yuxu sağlamlıq üçün təhlükəlidir
02.05.2023 19:59

Əksər insanlar tam sağalmaq üçün 7-8 saat yuxuya ehtiyac duyurlar. Çox az yuxu sonradan bir çox xəstəliyə səbəb ola bilər.

Aztibb.az xəbər verir ki, bunu "Arqumentı i Faktı" nəşrinə müsahibəsində psixoterapevt Yuri Valba deyib.

“Mütəmadi olaraq 6 saatdan az yatan insanda təkcə əsəb pozğunluqları deyil, həm də ürək, qan damarları və maddələr mübadiləsi ilə bağlı problemlər yarana bilər. Qısa yuxu sindromu (insan gün ərzində 6 saatdan az yatdıqda, yuxusuzluq hiss etmədikdə) həm genetik xüsusiyyət, həm də vərdiş məsələsi ola bilər (bunun üçün bir-iki ay lazımınca yatmamaq kifayətdir),” həkim bildirib.

Eyni zamanda həkim qeyd edib ki, əgər birinci halda qısa yuxu norma sayılırsa, ikincidə bu, istər-istəməz sağlamlıq problemlərinə gətirib çıxaracaq.

Həkim xatırladıb ki, yuxu zamanı beyin orqanizmdə olan zədələri aradan qaldırır, hüceyrələrin tullantı məhsullarını xaric edir. Məsələn, beta-amiloid zülalının yığılması kimi "tullantı" demensiyanın səbəblərindən birinə çevrilə bilər. Bir yuxusuz gecə belə beta-amiloidin miqdarını 25% artırır.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib