İngiltərədə həkimlər qadının uşaqlığını xəbərsiz çıxarıblar
02.05.2023 12:20

Britaniyalı həkimlər əməliyyat zamanı xəstənin uşaqlığını ona bildirmədən çıxarıblar.

Aztibb.az xəbər verir ki, bu barədə məlumat “Daily Mirror”da paylaşılıb.

Mançesterdən olan 31 yaşlı Zoe Beyli yeniyetməlik illərindən ürək bulanması və huşunu itirməkdən əziyyət çəkirdi. O, dəfələrlə həkimlərə müraciət edib və ona bu simptomların normal olduğunu deyiblər.

Daha yetkin yaşda ona reproduktiv sistemin xəstəliyi diaqnozu qoyulub. Qadına xəstəlik səbəbindən ana ola bilməyəcəyi bildirilib və bu, onu psixoloji cəhətdən sarsıdıb. Bu xəbərin sonra o, qısa müddət ərzində 25 kiloqram arıqlayıb.

Gənc qadın bir neçə əməliyyat keçirib və bir sıra terapiya kursları keçib, lakin o, xəstəliyin öhdəsindən gələ bilməyib.

Təsadüfən vəziyyəti pisləşən qadın əməliyyat masasına götürülür.

Keyfiyyətli müayinə üçün həkimlər xəstəyə anesteziya veriblər. Xəstəliyə uşaqlığın götürülməsi əməliyyatı ilə son qoyulub. Ancaq əməliyyatdan əvvəl britaniyalı qadına xəbərdarlıq edilməyib. O, bu barədə yalnız bir müddət sonra xəbər tutub.

Cərrahlar xəbərdarlıq etməmələrinin səbəbini həmin an vəziyyətinin ağır olması ilə izah ediblər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır