Adenoid hansı fəsadlara yol açır?
30.04.2023 12:16

Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər.

Aztibb.az xəbər verir ki, lor cərrah Cahangir İsmayılovun bildirdiyinə görə, haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.

Uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar.

Düzgün nəfəs alınmadığından, üzün formasında dəyişiklik yaranır, dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün Ortodontlara müraciət edirlər. Ama bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir.

Bu fəsadlardan qorunmaq üçün vaxtında müalicə lazımdır. Adenoidlərlə mübarizədə cərrahi müdaxilə daha effektli hesab olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır