Sidik ifrazının pozulması - Gün ərzində nə qədər ifraz olunmalıdır?
30.04.2023 12:06

Sidik ifrazının pozulması gündəlik sidiyin miqdarının dəyişilməsi yaxud onun ifraz olunma ritminin pozulması ilə xarakterizə olunur.

Aztibb.az xəbər verir ki, uzman uroloq, androloq Ülviyyə Əliyeva sağlam adamın gün ərzində 1,5 litir sidik ifraz etdiyini bildirib.

Həkim qeyd edib ki, müəyyən kütlə ifraz olunan sidiyin miqdarına diurez deyilir. Gündəlik diurez 2 litrdən çox olduqda poliuriya adlanır. Poliuriya böyrək və ya qeyri böyrək mənşəli ola bilir.

Böyrək mənşəli poliuriya adətən sidiyin nisbi sıxlığının azalması ilə gedir və çox ağır böyrək xəstəliklərində müşahidə olunur.

Qeyri-böyrək mənşəli poliuriya çoxlu miqdarda maye qəbul edildiyi zaman baş verir. Şəkərli diabet zamanı poliuriya sidiyin nisbi sıxlığının artması ilə müşayiət olunur.

Sidiyin gündəlik miqdarının 500 ml-dən az olması oliquriya adlanır. Böyrək mənşəli oliquriya kəskin qlomerulonefritdə, kəskin böyrək çatışmazlığının oliqoanuriya mərhələsində baş verir.

Qeyri-böyrək mənşəli oliquriya az maye qəbul etdikdə, quru, isti yerdə çox olduqda, həddən artıq tərlədikdə, qusduqda və ishal zamanı, ürək çatışmazlığının bəzi mərhələlərində aşkar edilir.

Gündəlik sidiyin 50 ml-dən az olması anuriya adlanır. Anuriya sidiyin yuxarı sidik yollarından sidik kisəsinə daxil olmasının kəsilməsi kimi başa düşülməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır