Həddən artıq tərləmə şikayətiniz var?
30.04.2023 11:32

Həddən çox tərləmək (hiperhidroz) geniş yayılmış narahatçılığıa səbəb olan pozğunluqlardan biridir.

Aztibb.az xəbər verir ki, endokrinoloq - diyetoloq Fidan Səmədova endokrin hiperhidrozun səbəblərini sadalayıb:

– Şəkərli diabet. Diabetik polineyropatiya, uzunmüddət qan şəkərlərinin tənzimlənməməsinə görə vegetativ sinir sistemi zədələnir. Bu zaman tərləmə bədənin yuxarı hissəsində daha çox olur, çanaq və aşağı ətrafların dərisi quru qalır;
– Qalxanvari vəzi xəstəlikləri;
– Piylənmə;
– Akromeqaliya (artıq boy hormonu ifrazına səbəb olan hipofiz şişi xəstəlikləri) Bu zaman dəri qalınlaşır, piy və tər vəziləri aktiv işləməyə başlayır;
– Klimakterik sindrom. Qadın cinsi hormonu olan esterogenlərin azalması beyin mərkəzlərini qıcıqlandıraraq, istilik axını hissi və həddən artıq tərləməyə səbəb ola bilər;
– Feoxromasitoma – böyrəküstü vəzilərin adrenalin və noradrenalin ifraz edən şiş xəstəliyidir;
– Cinsi yetkinlik dövrü. Qeyri-stabil artan hormonlar simpatik sinir sistemini qıcıqlandıraraq çox tərləməyə səbəb ola bilərlər.

Beləliklə, əgər sizin də həddən artıq tərləmə şikayətiniz varsa, səbəbini araşdırmaqdan çəkinməyin. Uğurlu müalicənin təməli düzgün diaqnozun qoyulmasıdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır