Uşaqlarda 6-cı xəstəlik - Roseola infantum – Pediatr əlamətlərini sadaladı
30.04.2023 11:14

6-cı xəstəlik uşaqlıq dövründə rast gəlinən səpgili infeksion xəstəliklərdən biridir. Herpes viruslar ailəsindən olan HHV-6 tərəfindən törədilir.

Aztibb.az xəbər verir ki, pediatr Nigar Abdullayevanın sözlərinə görə xəstəliyin inkubasiya dövrü 9-10 gündür. 6ay ilə 3 yaş arası uşaqlarda rast gəlinir. 6 aydan kiçik uşaqlarda bu xəstəliyə rastlanılmır. Çünki anadan keçən antikorlar qoruyucu olur.

Xəstəlik ilkin olaraq qızdırma ilə başlayır və çox yüksək dərəcələrə qədər yüksəlir (40°C). Əsas əlaməti 3-5 gün davam edən qızdırma kəskin şəkildə düşdükdən sonra səpgilərin yaranmasıdır.

Səpgilər çəhrayı rəngdə olur, əsasən bədəndə və üzdə yerləşir, 1-3 günə tamamilə itir.

6-cı xəstəlik uşaqlarda febril qıcolmalara səbəb olur. Ən sıx rastlanan ağırlaşma orta qulaq iltihabı-otitdir. Çox nadir olsa da 6-cı xəstəlik ensefalit, aseptik meningitlə ağırlaşa bilər.

Xəstəlikdən sonra ömürlük immunitet formalaşır. Diaqnoz sizə klinik əlamətlərə əsasən qoyulur.

6-cı xəstəliyi digər səpgili infeksion xəstəliklərdən - məxmərək, qızılca, skarlatinadan ayırd etmək çox önəmlidir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev